Polşa Rusiya ilə sərhəddə istehkam xəttinin tikintisinə başlayıb

Polşa Rusiya ilə sərhəddə istehkam xəttinin tikintisinə başlayıb Polşa hakimiyyəti “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.
Digər ölkələr
1 Noyabr , 2024 05:00
Polşa Rusiya ilə sərhəddə istehkam xəttinin tikintisinə başlayıb

Polşa hakimiyyəti “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.

“Report”un məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədəki səhifəsində bildirib.

O, paylaşımına torpaq işləri aparan ekskavatorları əks etdirən fotoşəkil əlavə edib. “Şərq Qalxanının tikintisinə başlanılıb”- deyə Tusk yazıb.

Polşa hakimiyyəti may ayının əvvəlində Şərq Qalxanı proqramını elan etmişdi. Dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) təşkil edən işlərin tamamlanması 2028-ci ilə planlaşdırılır.

Birbaşa Belarus və Rusiya ilə 800 km-lik sərhəd zonasında xəndəklərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi