Polşa bu il şərq sərhədində fortifikasiya qurğularının inşasına başlayacaq.
"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə nazirinin müavini Tsezari Tomçik deyib.
Onun sözlərinə görə, “Şərq qalxanı” adlanan layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Layihə çərçivəsində sərhədin təxminən 800 kilometr uzunluğunda olan hissəsində fortifikasiya elementləri quraşdırılacaq.