Polşa Belarusla sərhəd-keçid məntəqələrini bağlamağa qərar verib

Digər ölkələr
  • 09 fevral, 2023
  • 10:17
Polşa Belarusla sərhəd-keçid məntəqələrini bağlamağa qərar verib

Polşa hakimiyyəti Belarusla sərhəd-keçid məntəqələrini bağlamaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski tviterdə yazıb.

O bildirib ki, bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır.

Qeyd olunub ki, sabah, fevralın 10-u yerli vaxtla saat 12:00-dan etibarən sərhəd-keçid məntəqələri bağlanacaq.