Polşa ABŞ-dan “Reaper” kəşfiyyat PUA-ları alıb

Digər ölkələr
  • 12 fevral, 2023
  • 17:50
Polşa ABŞ-dan “Reaper” kəşfiyyat PUA-ları alıb

Polşa ABŞ-dan uzunmüddətli icarəyə götürdüyü “MQ-9A Reaper” kəşfiyyat pilotsuz uçuş aparatlarını təhvil alıb.

“Report”un məlumatına görə, bunu Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak tviterdə yazıb.

“Təcili əməliyyat üçün ABŞ-dan icarəyə götürülmüş “MALE” sinfinə aid “MQ-9A Reaper” pilotsuz uçuş aparatları Polşaya çatdırılıb. Onlardan şərq sərhədimizdə Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunacaq”-deyə, o bildirib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi Amerikanın “General Atomics - Aeronautical Systems Inc” şirkəti ilə “MQ-9A Reaper” kəşfiyyat pilotsuz uçuş aparatlarının tədarükü üçün lizinq müqaviləsi imzalayıb.