Polis "YouTube" şirkətinin ofisində atəş açan qadının kimliyini müəyyənləşdirib -FOTO

Polis "YouTube" şirkətinin ofisində atəş açan qadının kimliyini müəyyənləşdirib -FOTO San Bruno polis şefi: "Atəş açdıqdan sonra hücum edən şəxs intihar edib"
Digər ölkələr
4 Aprel , 2018 10:11
Polis YouTube şirkətinin ofisində atəş açan qadının kimliyini müəyyənləşdirib -FOTO
REUTERS

Bakı. 4 aprel. REPORT.AZ/ Kaliforniyada "YouTube" şirkətinin qərargahında atışmanı 39 yaşlı Nasim Aqdam həyata keçirib.

"Report" "ABC News"a istinadən xəbər verir ki, San Bruno polis şefi Ed Barberini N.Aqdamın atəş açdıqdan sonra intihar etdiyini vurğulayıb.

KİV-in məlumatına görə, atəş açan qadan şirkətin zərərçəkən əməkdaşlarından birini - polisin hücumun hədəfi olduğunu güman etdiyi şəxsi tanıyıb. Hazırda yaralı kişi xəstəxanadadır. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirirlər. Daha iki yaralı qadın da xəstəxanaya yerləşdirilib.

CNBC və "ABC News"un məlumatlarına görə, ABŞ vətəndaşı olan Nasim Ağdam İran əsilli etnik azərbaycanlıdır. O, vegetarian və heyvanların müdafiəçisi olub. N.Ağdam həmçinin tez-tez "YouTube"da müxtəlif videolarda görünüb və onlardan birində bu videohostinqi ayrı-seçkilikdə və onun bəzi postlarının yerləşdirilməsinə imtinada ittiham edib. Şəxsi veb saytında isə N.Ağdam "YouTube" şirkətini onun videolarını izləyicilərinin izləməsinə mane olmağa çalışmaqda ittiham edib.

Xatırladaq ki, atışma "YouTube" şirkətinin San Bruno şəhərində yerləşən qərargahında baş verib. Şirkətdə, təqribən, 1700 nəfər çalışır. Bütün işçilər təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi