Polis Ukrayna Ali Radasının yaxınlığındakı çadır düşərgəsinə daxil olub, yaralananlar var

Polis Ukrayna Ali Radasının yaxınlığındakı çadır düşərgəsinə daxil olub, yaralananlar var Saakaşvili "Kiyev" hotelində mühafizə altındadır
Digər ölkələr
6 Dekabr , 2017 11:52
Polis Ukrayna Ali Radasının yaxınlığındakı çadır düşərgəsinə daxil olub, yaralananlar var
pravda.com.ua

Bakı. 6 dekabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə polis Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubarnatoru Mixeil Saakaşvilini dəstəkləyən fəalların Mariinski parkındakı çadır düşərgəsinə daxil olmağa cəhd göstərib.

"Report" "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, Saakaşvilinin silahdaşları arasında xəsarət alanlar var.

Qeyd olunur ki, etirazçılar barrikadaları gücləndirir və çadır düşərgəsinə təkərlər yığırlar.

Məlumata görə, hazırda Saakaşvili "Kiyev" hotelində mühafizə altındadır.

Xatırladaq ki, dünən M.Saakaşvilinin yaşadığı mənzildə hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib. Ardından onlar Saakaşvilini saxlayıb, avtomillə hadisə yerindən uzaqlaşmaq istəyəndə isə etirazçılar maşının yolunu bağlayıblar. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşları ilə fəallar arasında qarşıdurma yaşanıb. Qarşıdurmadan bir müddət sonra fəallar mikroavtobusun şüşəsini sındırıb, qapısını qırıb və Saakaşvilini azad ediblər. Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Bundan sonra siyasətçi və tərəfdarları Ali Radanın yaxınlığındakı çadır düşərgəsinə gediblər.

Ukrayna Təhlükəsizlik Xidmətindən bildiriblər ki, Saakaşvili cinayətkar təşkilatların üzvlərinə yardım göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək üzrə istintaq çərçivəsində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi