Polis: "Cakartada terror hücumunu 14 yaraqlı və terrorçu-kamikadzelər həyata keçirib"

Polis: "Cakartada terror hücumunu 14 yaraqlı və terrorçu-kamikadzelər həyata keçirib" Cakartadakı terror hücumunda ölənlərin sayı dördə çatıb
Digər ölkələr
14 Yanvar , 2016 09:48
Polis: Cakartada terror hücumunu 14 yaraqlı və terrorçu-kamikadzelər həyata keçirib

Bakı. 14 yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın mərkəzində baş verən partlayışları 14 yaraqlı və terrorçu-kamikadzelər həyata keçirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya polisi məlumat verib.

"Cakartanın mərkəzindəki terror hücumunu 10-14 yaraqlı həyata keçirib", - məlumatda deyilir.

İlkin məlumatlara görə, hücum zamanı ən azı 3 terrorçu-kamikadze də iştirak edib.

Törədilən partlayışlar nəticəsində ölənlərin sayı dördə çatıb.

Son xəbərlər

Orphus sistemi