Ukrayna Prezident Ofisi: Səfərbərlik üçün böyük resurslarımız var

Ukrayna Prezident Ofisi: Səfərbərlik üçün böyük resurslarımız var “Qüvvəyə minmiş “Səfərbərlik haqqında” qanun təbii ki, uzunmüddətli müharibə ilə bağlı hüquqi prosedurlara aydınlıq gətirir. Yəni prosedurlar, səfərbərliyin necə baş verməli olduğu, hansı sosial qrupların əhatə olunub, hansının olunmaması, seçim prosesini
Digər ölkələr
22 May , 2024 10:38
Ukrayna Prezident Ofisi: Səfərbərlik üçün böyük resurslarımız var

“Qüvvəyə minmiş “Səfərbərlik haqqında” qanun təbii ki, uzunmüddətli müharibə ilə bağlı hüquqi prosedurlara aydınlıq gətirir. Yəni prosedurlar, səfərbərliyin necə baş verməli olduğu, hansı sosial qrupların əhatə olunub-olunmaması, seçim prosesinin və təlim prosesinin necə keçirilməli olduğu aydınlaşdırılır. Daha sonra rotasiya, demobilizasiya və sair proseslər var”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak ölkədə qüvvəyə minən yeni səfərbərlik qanununu şərh edərkən deyib.

“Resurslara gəlincə, ölkə daxilində kifayət qədər böyük həcmdə mümkün resurslar var. Əlbəttə ki, ölkəni tərk edən və potensial olaraq hərbçi ola biləcək insanların ölkəyə qayıtmalarını istərdim. Amma təəssüf ki, bu, mürəkkəb prosesdir, başqa dövlətlərlə razılaşmalara, yanaşmalara və s. əsaslanır. Mən istərdim ki, bu insanlar Ukraynanın hansı vəziyyətdə olduğunu və nə üçün geri qayıtmalı olduqlarını başa düşsünlər. Söhbət təkcə hücum batalyonlarında, hücum briqadalarında iştirakdan getmir, həm də Silahlı Qüvvələrin digər bütün infrastrukturundan gedir. Onların sayı çoxdur və bu insanların ölkəyə qayıdaraq bu müharibədə effektiv mübarizə aparmasına köməklik etmələri yaxşı olardı”, - deyə Prezident Ofisinin rəsmisi vurğulayıb.

Mixaylo Podolyak eyni zamanda yeni səfərbərlik dalğasının xalq arasında effekti barədə də danışıb: “Səfərbərlik həmişə çətin, mübahisəli bir proses olacaq, xüsusən də böyük bir müharibəniz olduqda. Şübhə yoxdur ki, bunu dərk etmək çətin olacaq. Ukrayna döyüş meydanında özünü müdafiə etməsə, sağ qalmaq üçün bir variantı olmayacaq. Bunun üçün səfərbərlik prosedurlarını düzgün idarə etmək lazımdır. Yəni insanlar üçün çətin olmasına baxmayaraq onlarla danışmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi