Qəzzadan atəşə tutulduqdan sonra İsrailin cənubunda yanğın olub

Qəzzadan atəşə tutulduqdan sonra İsrailin cənubunda yanğın olub Qəzza zolağından atəş İsrailin cənubundakı sərhəd bölgəsində yanğına səbəb olub.
Digər ölkələr
15 iyun 2024 23:06
Qəzzadan atəşə tutulduqdan sonra İsrailin cənubunda yanğın olub

Qəzza zolağından atəş İsrailin cənubundakı sərhəd bölgəsində yanğına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, atəş anklavla sərhəddə yerləşən Kisufim qəsəbəsinin ərazisində qeydə alınıb. Kisufim yaxınlığında bir mərmi düşüb və yanğına səbəb olub.

Hadisə yerində yanğın və xilasetmə xidmətləri işləyir, yanğın lokallaşdırılıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi