Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar

Digər ölkələr
  • 06 fevral, 2018
  • 04:42
Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar

Bakı. 6 fevral. REPORT.AZ/ Piratlar şənbə günü Benin sahillərində itgin düşmüş hesab edilən "Marine Express" tankerini buraxıblar. Panamada qeydiyyatdan keçmiş gəminin göyərtəsində 22 hindli dənizçi var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Tankerin texniki xidməti ilə məşğul olan "Anglo-Eastern Group" şirkətinin bəyanatına görə, tankerin bütün heyət üzvləri hazırda təhlükəsiz şəraitdədirlər, gəminin yükü toxunulmaz qalıb.

Tanker ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq daşıyırdı.

44 filmi