Perunun sabiq Prezidentinin partiyasının üzvləri onun dəfninə gedərkən ölüblər - FOTO

Perunun sabiq Prezidentinin partiyasının üzvləri onun dəfninə gedərkən ölüblər - FOTO Peruda baş verən yol qəzasında azı 6 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Onların hamısı Perunun vəfat etmiş sabiq Prezidenti Alan Qarsiyanın partiyasının üzvləri idi və mərhumun dəfn mərasiminə gedirmişlər.
Digər ölkələr
19 Aprel , 2019 18:10
Perunun sabiq Prezidentinin partiyasının üzvləri onun dəfninə gedərkən ölüblər - FOTO

Peruda baş verən yol qəzasında azı 6 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Onların hamısı Perunun vəfat etmiş sabiq Prezidenti Alan Qarsiyanın partiyasının üzvləri idi və mərhumun dəfn mərasiminə gedirmişlər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin milli polis polkovniki Xorxe Kastilyo məlumat verib.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla səhər saat 04:00-da (Bakı vaxtı ilə saat 13:00) Limada baş verib. Amerika Xalq İnqilabçı Alyansının (APRA) nümayəndə heyətini daşıyan avtobus körpüdə maneəyə çırpılıb. Nəticədə 5 nəfər salondan çölə çıxaraq körpüdən aşağı düşüb.

Yerli polisin məlumatına görə, 6 nəfər - iki qadın və dörd kişi ölüb, onlardan biri xəstəxanada keçinib. 23 yaralı isə xəstəxanadadır.

Avtobusda, ümumilikdə, 54 sərnişin olub.

Qeyd edək ki, aprelin 17-də Perunun sabiq Prezidenti Alan Qarsiya saxlanılarkən intihara cəhd göstərib. O daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

Son xəbərlər

Orphus sistemi