Yuxarı

Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb - YENİLƏNİB

Perunun intihara cəhd edən sabiq dövlət başçısı komadadır

Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.

“Report” “Andina” agentliyinə istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib. 

O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.


*** 19:52

Bu gün korrupsiya ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilərkən intihara cəhd edən Perunun sabiq Prezidenti Alan Qarsia paytaxt Limadakı xəstəxanalardan birində koma vəziyyətindədir.

“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə hadisə baş verəndən dərhal sonra həmin xəstəxanaya baş çəkmiş səhiyyə naziri Sulema Tomas Qonsales məlumat verib. 

“Vəziyyəti çox ağırdır. Əməliyyat zamanı ürəyi üç dəfə dayanmışdı”, - deyən nazir yaralanma barədə ətraflı məlumat verməyib. Hərçənd xəstəxana həkimləri xəstənin kəlləsinin sağ tərəfindən güllə yarası aldığını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi