Peruda qayıqların toqquşması zamanı 20 nəfər ölüb, 50 nəfər itkin düşüb

Peruda qayıqların toqquşması zamanı 20 nəfər ölüb, 50 nəfər itkin düşüb Perunun Yurimaquas şəhəri yaxınlığında, Ualyaqa çayında mühərrikli qayığın barja ilə toqquşması nəticəsində azı 20 nəfər həlak olub.
Digər ölkələr
30 Avqust , 2021 05:05
Peruda qayıqların toqquşması zamanı 20 nəfər ölüb, 50 nəfər itkin düşüb

Perunun Yurimaquas şəhəri yaxınlığında, Ualyaqa çayında mühərrikli qayığın barja ilə toqquşması nəticəsində azı 20 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “El Comercio” bildirib.

Qeyd edilir ki, sərnişin qayığı səhər tezdən Yurimaquasın Santa-Mariya kəndindən yola düşüb. Ancaq duman səbəbindən başqa qayıqla toqquşub. Qəza zamanı təxminən 50 nəfər itkin düşüb.

Hadisə yerində ölkənin Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri işləyir.

“La Republica” isə bildirib ki, hadisə zamanı mühərrikli qayıqda təxminən 80 nəfər olub. Onlardan 20-si uşaq imiş.

Son xəbərlər

Orphus sistemi