Peruda COVID-19-a yoluxanların sayı 80 mini ötdü

Digər ölkələr
  • 15 may, 2020
  • 05:55
Peruda COVID-19-a yoluxanların sayı 80 mini ötdü

Peruda son sutkada koronavirusa yoluxanların sayı 4 298 nəfər artıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Perunun Səhiyyə Nazirliyindən bildirilib. 

Ölkədə yoluxanların sayı 80 604-ə çatıb. Peruda pandemiyadan 2 267 nəfər ölüb, 25 151 pasiyent isə sağalıb.

Perunun ədliyyə naziri Fernando Kastaneda yerli telekanala müsahibəsində bildirib ki, COVID-19-la əlaqədar 3 minə yaxın məhbus əfv ediləcək.