Peruda ağır yol qəzasında 27 nəfər həlak olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Peruda ağır yol qəzasında 27 nəfər həlak olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Perunun cənub hissəsindəki Lukanas əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub.
Digər ölkələr
18 İyun , 2021 22:25
Peruda ağır yol qəzasında 27 nəfər həlak olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Perunun cənub hissəsində sərnişin avtobusunun qəzaya urğaması nəticəsində 27 nəfər həlak olub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Arekipa şəhərində qeydə alınıb. Qəzaya uğrayan avtobus qızıl və gümüş hasilatı ilə məşğul olan "Hochschild Mining PLC" şirkətinin əməkdaşlarını daşıyırmış. Qəza zamanı habelə daha 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

21:39

Perunun cənub hissəsindəki Lukanas əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bildirib.

Məlumata görə, qəza zamanı 20-dən çox sərnişin müxtəlif dərəcəli ağır xəsarətlər alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

İstintaqın ilkin versiyasına əsasən, qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə düşüb.

Son xəbərlər

Orphus sistemi