Pentaqon: Suriyaya endirilən hava zərbələri hazırda başa çatıb

Pentaqon: Suriyaya endirilən hava zərbələri hazırda başa çatıb İlk hədəflər Dəməşqdə elmi-tədqiqat mərkəzi və Homsda kimyəvi maddələrin saxlandığı obyekt olub
Digər ölkələr
14 Aprel , 2018 06:56
Pentaqon: Suriyaya endirilən hava zərbələri hazırda başa çatıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriyadakı hədəflərə zərbələr endiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü axşam Pentaqonda keçirilən brifinqdə Birləşmiş Ştatların Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford deyib.

"ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Şərq sahili vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 05:00 - REPORT) bundan sonra kimyəvi silah tətbiqinə yol verməmək üçün Suriyadakı hədəflərə zərbələr endiriblər. Bizim qüvvələr planlaşdırma və icra mərhələsinə inteqrasiya olunmuşdular. Zərbələrin endirildiyi hədəflər Suriya rejiminin bilavasitə kimyəvi proqramları ilə əlaqəlidir. Biz hədəfləri mülki əhali üçün risklərin minimuma endirilməsi nəzərə alınaraq seçmişik", - deyə o bildirib.

Danfordun sözlərinə görə, ilk hədəf Dəməşq ərazisində yerləşən elmi-tədqiqat mərkəzi olub.

"Bu obyekt kimyəvi və bioloji texnologiyaların işlənməsi, tədqiqi və istehsalı üçün mərkəz olub. İkinci hədəf Homsun qərbində kimyəvi maddələrin saxlandığı obyekt olub", - deyə general əlavə edib.

Danford hazırda Suriyada aviazərbə dalğasının başa çatdığını bildirib.

Son xəbərlər

Orphus sistemi