Pentaqon Suriyada fosforlu sursatlardan istifadə barədə məlumatları təkzib edib

Pentaqon Suriyada fosforlu sursatlardan istifadə barədə məlumatları təkzib edib Bakı. 10 sentyabr. REPORT.AZ/ Pentaqon rəsmisi Şon Robertson ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin sentyabrın 8-də Deyr əz-Zor vilayətində fosforlu sursatlardan istifadə etməklə zərbələr endirməsi barədə məlumatları təkzib edib.
Digər ölkələr
10 Sentyabr , 2018 10:23
Pentaqon Suriyada fosforlu sursatlardan istifadə barədə məlumatları təkzib edib
Foto: Evert Meulie
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Pentaqon rəsmisi Şon Robertson ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin sentyabrın 8-də Deyr əz-Zor vilayətində fosforlu sursatlardan istifadə etməklə zərbələr endirməsi barədə məlumatları təkzib edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bu ana qədər fosforlu sursatlardan istifadə haqqında heş bir məlumat almamışıq", - o bildirib.

Ş.Robertsonun sözlərinə görə, bölgədəki hərbi hissələrin heç biri fosforlu sursatlara malik deyil.

Qeyd edək ki, daha əvvəl müharibə tərəflərinin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri, general-leytenant Vladimir Savçenko sentyabrın 9-də ABŞ HHQ-nin iki təyyarəsinin Suriyanın Deyr əz-Zor vilayətinə fosforlu sursatlardan istifadə etməklə aviazərbələr endirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi