Pentaqon Rusiyanı suriyalı müxalifətçilərə aviazərbə endirməkdə ittiham edib

Pentaqon Rusiyanı suriyalı müxalifətçilərə aviazərbə endirməkdə ittiham edib Nəticədə müxalifət dəstələrinin üzvləri yaralanıb
Digər ölkələr
17 Sentyabr , 2017 01:55
Pentaqon Rusiyanı suriyalı müxalifətçilərə aviazərbə endirməkdə ittiham edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Rusiyanın Hərbi-Kosmik Qüvvələri (HRQ) "Suriya demokratik qüvvələri"nin (SDQ) mövqelərinə zərbə endirib. Nəticədə müxalifət dəstələrinin üzvləri xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya iddia edir ki, Rusiya qırıcıları Deyr-əz-Zor şəhəri ərazisində yerləşən mövqelərə zərbə endiriblər. Həmçinin qeyd olunur ki, Rusiya HKQ həmin ərazidə SDQ dəstələrinin olduğunu bilib.

"Aviazərbə nəticəsində SDQ-nin bir neçə yaraqlısı xəsarət alıb, onlara tibbi yardım göstərilib", — deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi