Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib

Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib “Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yalnışdır”
Digər ölkələr
14 Noyabr , 2017 21:57
Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb. 

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.

Onun fikrincə, Rusiya bu cür bəyanatları yaymaqla, diqqəti Suriyada üzləşdiyi çağırışlardan yayındırmağa çalışır. 

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın İŞİD döyüşçülərinə dəstək verməsi barədə danılmaz sübutların olduğunu iddia edib.

Son xəbərlər

Orphus sistemi