Mettis Trampla fikir ayrılığına görə vəzifəsindən gedəcəyini deyib

Mettis Trampla fikir ayrılığına görə vəzifəsindən gedəcəyini deyib Bakı. 21 dekabr. REPORT.AZ/ Pentaqon rəhbəri Ceyms Mettis 2019-cu ilin fevralında vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə münasibət bildirib.
Digər ölkələr
21 Dekabr , 2018 08:50
Mettis Trampla fikir ayrılığına görə vəzifəsindən gedəcəyini deyib

Bakı. 21 dekabr. REPORT.AZ/ Pentaqon rəhbəri Ceyms Mettis 2019-cu ilin fevralında vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Report” xəbər verir ki, onun mövqeyini NBC telekanalı öz "Twitter" səhifəsində dərc edib.

Bildirilir ki, ABŞ-ın müdafiə naziri Amerika prezidenti Donald Trampın özünə onun baxışları ilə daha uyğun olan kadr tapması üçün vəzifəsindən istefa vermək qərarına gəlib.

"Çünki sizin baxışlarınıza daha yaxın müdafiə nazirinə malik olmaq hüququnuz var...Hesab edirəm ki, mənim də vəzifəmdən istefa vermək hüququm var", — deyə o əlavə edib.

Mettis öz məktubunda qeyd edib ki, ABŞ güclü müttəfiqlik əlaqələri olmadan və "müttəfiqlərə hörmət göstərmədən" öz maraqlarını müdafiə edə bilməz.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp müdafiə nazirinin fevralın sonunda istefa verəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi