Yuxarı

ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək

Pentaqon rəhbəri istefaya gedir

Bakı. 21 dekabr. REPORT.AZ/ Amerika lider Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

"General Mettis mənim administrasiyamda müdafiə naziri postunda iki illik xidmətdən sonra fevralın sonunda fərqlənmə ilə təqaüdə çıxacaq", - deyə o, bildirib.

Tramp əlavə edib ki, Pentaqonun yeni rəhbəri vəzifəsinə namizədin adı "tezliklə" açıqlanacaq.

ABŞ prezidenti bildirib ki, Mettis ona fəaliyyətində çox köməklik göstərib, xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərilərinə düşən öz hərbi öhdəlik paylarını ödəməyə məcbur etməkdə".

Daha əvvəl Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi