Pentaqon rəhbəri NATO-nun Şərqi Avropada 4 batalyon yerləşdirmək planları haqqında danışıb

Pentaqon rəhbəri NATO-nun Şərqi Avropada 4 batalyon yerləşdirmək planları haqqında danışıb ABŞ NATO üzrə müttəfiqləri ilə rotasiya əsasında dörd batalyonun yerləşdirilməsi imkanlarını müzakirə edir
Digər ölkələr
3 May , 2016 08:38
Pentaqon rəhbəri NATO-nun Şərqi Avropada 4 batalyon yerləşdirmək planları haqqında danışıb

Bakı. 3 may. REPORT.AZ/ ABŞ NATO üzrə müttəfiqləri ilə Polşa və Baltikyanı ölkələrdə rotasiya əsasında dörd batalyonun yerləşdirilməsi imkanlarını müzakirə edir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter məlumat verib.

"Bu, müzakirə etdiyimiz variantlardan biridir", - deyə Pentaqon rəhbəri daha əvvəl "The Wall Street Journal" qəzetində yayılmış məlumatı təsdiq edib.

"The Wall Street Journal"ın yazdığına görə, ABŞ Polşa, Latviya, Litva və Estoniyada yerləşdirilməsi üçün iki, Böyük Britaniya və Almaniya isə bir batalyon ayırmağa hazırdır. Ümumilikdə Şərqi Avropada əlavə NATO qüvvələrinin sayı 4 min nəfər olmalıdır.

Son xəbərlər

Orphus sistemi