Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır" "Hələlik biz onu axtarırıq"
Digər ölkələr
22 İyul , 2017 06:33
Pentaqon rəhbəri: İŞİD lideri Əl-Bağdadi sağdır
IRIB

Bakı. 22 iyul. REPORT.AZ/ Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", - deyə C.Mettis bildirib.

Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.

Son xəbərlər

Orphus sistemi