Nyu-Yorkda son sutka ərzində yeni növ koronavirusdan, təxminən, 2 min nəfərin ölməsindən sonra ABŞ hökuməti Pentaqondan hərbi cənazə qruplarının bu şəhərə göndərilməsini istəyib.
“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Pentaqon koronavirus qurbanlarının meyitlərinin basdırılmasında və yaxud yandırılmasında yerli səlahiyyətlilərə kömək üçün 42 nəfəri Nyu-Yorka göndərib. Bundan əvvəl hərbçilər Virciniyada analoji iş üzrə yardım ediblər.
Con Hopkins Universitetindən verilən məlumata görə, Nyu-Yorkda ümumilikdə 102 987 koronavirus, 2 935 ölüm hadisəsi qeydə alınıb.