Pentaqon heyətinin bir hissəsini Nigerdən çıxarır

Pentaqon heyətinin bir hissəsini Nigerdən çıxarır ABŞ Müdafiə Nazirliyi Nigerdəki heyətinin bir hissəsini Niameydən Aqadezə köçürür və həmçinin ölkədən az sayda qeyri-vacib personalı təxliyə edir.
Digər ölkələr
8 Sentyabr , 2023 04:30
Pentaqon heyətinin bir hissəsini Nigerdən çıxarır

ABŞ-ın Müdafiə Nazirliyi Nigerdəki heyətinin bir hissəsini Niameydən Aqadezə köçürür və həmçinin ölkədən az sayda qeyri-vacib personalı təxliyə edir.

“Report”un məlumatına görə, bu barədə “Al-Arabiya” adı açıqlanmayan ABŞ hərbi rəsmisinə istinadən xəbər verib.

"ABŞ-ın Müdafiə Nazirliyi ehtiyat tədbiri olaraq, Nigerdəki bəzi heyətini və texnikasını Niameydəki 101-ci Hərbi Hava Qüvvələri bazasından Aqadezdəki 201-ci Hərbi Hava Qüvvələri bazasına köçürür. Bundan əlavə, heç bir vacib ehtiyac olmayan az sayda şəxsi heyət və eyni avadanlıq Nigerdən çıxarılacaq", - telekanal mənbədən sitat gətirib.

“Al-Arabiyya”nin həmsöhbəti belə bir qərarın Nigerdəki Amerika qüvvələrinin ümumi balansını dəyişməyəcəyini vurğulayıb. O əlavə edib ki, eyni zamanda, ABŞ gələcək fəaliyyət üçün hadisələrin inkişafı üçün bütün variantları nəzərdən keçirməyə davam edəcək.

Mənbə bildirib ki, ABŞ Nigerdə ​​konstitusiya nizamının və mülki idarəçiliyin qorunması üçün diplomatik səylərini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi