Pentaqon fəaliyyətini müvəqqəti dayandırıb

Pentaqon fəaliyyətini müvəqqəti dayandırıb ABŞ Müdafiə Departamenti – Pentaqon yaxınlıqda baş verən atışma ilə bağlı fəaliyyətini dayandırıb, əməkdaşları isə çıxarılıb.
Digər ölkələr
3 Avqust , 2021 20:38
Pentaqon fəaliyyətini müvəqqəti dayandırıb

ABŞ Müdafiə Departamenti – Pentaqon yaxınlığında baş verən atışma üzündən fəaliyyətini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb.

“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Bir qədər əvvəl yaxınlıqdakı metro stansiyasının platformasında naməlum şəxslər atəş açıb. Polisin araşdırma aparması üçün metro xəttinin fəaliyyətinə ara verilib.

“Hazırda Pentaqonun qapalı olduğunu təsdiq edə bilərik. Bu, baş verən hadisə ilə əlaqəlidir. Təhlükə sovuşmayıb, əhali həmin ərazidən uzaq durmalıdır" - qurumdan bildirilib.

Arlinqton Yanğın və Xilasetmə Departamentindən bildiriblər ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri polisdir. 3 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi