Pensiyaçılar üçün dünyanın ən yaxşı və ən pis ölkələrinin adı açıqlanıb

Pensiyaçılar üçün dünyanın ən yaxşı və ən pis ölkələrinin adı açıqlanıb "Qlobal təqaüd indeksi-2017" reytinqi dərc edilib
Digər ölkələr
20 İyul , 2017 14:04
Pensiyaçılar üçün dünyanın ən yaxşı və ən pis ölkələrinin adı açıqlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Pensiyaçıların yaşamaq üçün ən yaxşı və ən pis ölkələrinin siyahısı "Natixis Global Asset Managenment" və maliyyə araşdırmaları xidmətləri provayderi olan "CoreData Research" tərəfindən hazırlanıb. 

"Report" RBC saytına istinadən xəbər verir ki, "Global Retirement İndex" adlanan reytinq cədvəlinə Beynəlxalq Valyuta Fonduna (IMF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrlə BRİC ölkələri daxil edilib. Reytinqdə toplam 43 ölkə iştirak edib.

Reytinqlərin hesablanmasında 4 parametr üzrə 18 indikatordan istifadə edilib. Bu parametrlərə pensiya maliyyəsi, maddi rifah, həyat keyfiyyəti və sağlıq aid edilib.

Qlobal Pensiya İndeksində ilk 5-likdə Norveç, İsveçrə, İslandiya, İsveç və Yeni Zelandiya yer alıb. Son 5-likdə yer alan ölkələr isə Türkiyə, Rusiya, Braziliya, Yunanıstan və ən son sırada Hindistan qərarlaşıb. ABŞ 17, Çin isə indeksdə 38-ci sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi