Penni Mordont Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə naziri təyin edilib
Digər ölkələr
- 09 noyabr, 2017
- 15:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 noyabr. REPORT.AZ/ Penni Mordont Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə naziri təyin edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilir ki, o, bu vəzifəni sələfi Priti Patelin İsrail rəhbərliyində təmsil olunan şəxslərlə gizli əlaqələr fonunda yaranmış qalmaqalla əlaqədar istefa verməsindən sonra tutub. Mordont bundan əvvəl əmək və pensiya işləri üzrə nazir müavini vəzifəsini icra edib.
Priti Patel çərşənbə günü bu ilin avqustunda İsrailə səfəri zamanı nazirlik kodeksini pozması ilə əlaqədar istefaya getdiyini açıqlayıb. İsrail KİV-in məlumatına görə, o, Britaniya XİN-in və baş nazir Tereza Meyin xəbəri olmadan bu ölkənin 12 rəsmi şəxsi ilə görüşüb.
Son xəbərlər
05:26
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr