Parsidə iğtişaş törədən 45 nəfər saxlanılıb - FOTO

Parsidə iğtişaş törədən 45 nəfər saxlanılıb - FOTO Polis Fransanın paytaxtı Paris şəhərinin mərkəzində 1 May nümayişi zamanı iğtişaş törətməkdə şübhəli bilinən 45 nəfəri saxlayıb.
Digər ölkələr
1 May , 2022 22:41
Parsidə iğtişaş törədən 45 nəfər saxlanılıb - FOTO

Polis Fransanın paytaxtı Paris şəhərinin mərkəzində 1 May nümayişi zamanı iğtişaş törətməkdə şübhəli bilinən 45 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “BFM” telekanalının efirində Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında yanğınsöndürənlərdən birinə hücum edərək, onun yanğını söndürməsinə mane olmağa çalışan qız da var.

Nazir iğtişaşların səbəbini ultra-solçu iğtişaşçıların üzərinə qoyub və bildirib ki, bu cür zorakılıq yolverilməzdir. BFM-nin müstəqil ekspertlərə istinadən hesabatında qeyd olunur ki, Parisdəki nümayişdə 21 min insan iştirak edib. Təşkilatçıların məlumatına görə, Fransa paytaxtının küçələrinə təxminən 25 min, polisin məlumatına görə isə 17 min insan çıxıb.

Fransa paytaxtının mərkəzindəki Leon Blum meydanı ərazisində aktiv toqquşmalar başlayıb. İğtişaşlar zamanı radikallar bankların, sığorta şirkətlərinin, daşınmaz əmlak agentliklərinin şüşələrini sındırmağa, ofis mebellərini küçəyə çıxararaq yandırmağa başlayıblar.

İğtişaşçılar polisə daş və butulka da atıblar. Cavab olaraq gözyaşardıcı qazdan istifadə edən mühafizəçilər xuliqanları saxlamağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi