Yuxarı
    Bağlamaq

    Parisin şimalında atışma olub, bir nəfər ölüb

    Komissarlığın qarşısında növbə çəkən polis əməkdaşlarının açdığı atəş nəticəsində cani öldürülüb

    Bakı. 7 yanvar. REPORT.AZ/ Parisin şimalında polis komissarlığının yaxınlığında atışma olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, naməlum şəxs silahla binaya daxil olmağa çalışıb. Amma komissarlığın qarşısında növbə çəkən polis əməkdaşlarının açdığı atəş nəticəsində cani öldürülüb

    "BFM TV" xəbər kanalının məlumatına görə, polislər öldürülən şəxsin üzərində partlayıcı qurğuya oxşayan şübhəli əşya olduğunu bildirib. Hadisə yerinə partlayıcı zərərsizləşdirənlərdən ibarət briqada gəlib.

    İnsidentin təfərrüatları barədə məlumat verilmir.

    Amma müşahidəçilər hadisənin "Charlie Hebdo" qəzetinin redaksiyasına qarşı terror hücumunun ildönümündə olmasını qabardır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi