Parisdə yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edilib

Parisdə yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edilib Qurğu alışma mənbəyinə birləşmiş içi benzinlə dolu şüşədən ibarət olub
Digər ölkələr
5 Oktyabr , 2017 16:52
Parisdə yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edilib
REUTERS

Bakı. 5 oktyabr. REPORT.AZ/ Parisdə polis əməkdaşları "Lafarge" sement şirkətinə məxsus yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, qurğu alışma mənbəyinə birləşmiş içi benzinlə dolu şüşədən ibarət olub.

Aşkar edilən qurğu zərərsizləşdirilib. Hazırda yük maşınının ətrafındakı ərazi bloklanıb, olay yerində mütəxəssislər çalışırlar.

Paytaxt prokurorluğu artıq faktla bağlı cinayət işi açıb.

Qeyd edək ki, bu, son həftə ərzində ikinci belə hadisədir. Daha əvvəl qaz balonları Parisin cənubunda yerləşən yaşayış binasının girişində və girişinin yaxınlığında aşkar edilib. Balonların yaxınlığına yanacaq tökülmüşdü. Onların yanında isə soyulmuş naqilləri olan mobil telefon aşkar edilib. Ekspertlər bunu partlayıcı qurğu saymağın mümkünlüyünü ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi