Bakı. 5 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisin XVI dairə rayonunda 8 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfər çatıb.
“Report” “France info”ya istinadən xəbər verir ki, ölənlərdən azından biri uşaqdır.
Qeyd edək ki, fevralın 4-dən 5-nə keçən gecə Parisdə yanğın olub.