Fransada güclü yanğın olub, ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Fransada güclü yanğın olub, ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB Bakı. 5 fevral. REPORT.AZ/ Fransada baş verən güclü yanğında ölənlərin sayı 7 nəfərə çatıb.
Digər ölkələr
5 Fevral , 2019 08:32
Fransada güclü yanğın olub, ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bakı. 5 fevral. REPORT.AZ/ Fransada baş verən güclü yanğında ölənlərin sayı 7 nəfərə çatıb. 

Bu barədə "Report" RTL radiostansiyasına istinadən xəbər verir.  

Radiostansiyanın məlumatına görə, hadisə zamanı həmçinin 28 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. 

Hadisənin başvermə səbəbi məlum deyil. 

Daha əvvəl bildirilirdi ki, yanğın zamanı 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.


***08:03

Fransada güclü yanğın olub.

Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, hadisə Parisin 16-cı dairəsində, Erlenje küçəsindəki yaşayış binasında baş verib. Yanğın zamanı 4 nəfər həlak olub, həmçinin daha 25 nəfər yaralanıb.

Hazırda hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi