Parisdə “sarı jiletlilər” küçələrə çıxıblar

Parisdə “sarı jiletlilər” küçələrə çıxıblar Parisdə “sarı jiletlilər” hərəkatı növbəti etiraz aksiyasını keçirir.
Digər ölkələr
10 Avqust , 2019 16:11
Parisdə “sarı jiletlilər” küçələrə çıxıblar

Parisdə “sarı jiletlilər” hərəkatı növbəti etiraz aksiyasını keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, səhər saatlarında paytaxtın XVII dairəsində toplaşan sarı geyimli fəallar dinc tərzdə kafelərdə əyləşib bir yerdə qəhvə içərək söhbət etdikləri halda arabir küçədə nümayişçilər fit çalaraq “Emaniel Makron, buradayıq!” şüarları səsləndirirdilər.

Metro stansiyalarının girişləri və başqa izdihamlı yerlərdə polis keşik çəkərək şübhəli görünənlərin çantalarını yoxlayırlar.

Bir qədər sonra isə aksiya iştirakçıları dairəvi yola doğru polisin də müşaiətilə hərəkətə başlayıblar. Hər hansı toqquşma baş verməyib.

Son xəbərlər

Orphus sistemi