Bakı. 12 yanvar. REPORT.AZ/ Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin
Bildirilir ki, onlardan 200 nəfəri həbs edilib. Qeyd olunur ki, nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edir.
Qeyd edək ki, bu gün "sarı jiletlilər" Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.
***20:11
Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir.
"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin
Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.
Qeyd edək ki, bu gün "sarı jiletlilər" Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.
Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.
***16:01
Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.
Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.
Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir.