Parisdə "sarı jiletlilər"in razılaşdırılmamış aksiyası zamanı 152 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, saxlanılanlar arasında paytaxtda qarışıqlıqlar yaradanlar da var. Saxlanılanlar arasında həmçinin hərəkatın liderləri - Maksim Nikol, Jerom Rodriqez və Erik Drue də var. Maksim Nikol və Jerom Rodriqez "qanunsuz nümayişin təşkili"nə görə həbs ediliblər.
***17:59
Parisdə Bastiliya qalasının alınması münasibətilə keçirilən parad zamanı "sarı jiletlilər" asayişi pozmağa cəhd göstəriblər.
"Report"un Fransa bürosu xəbər verir ki, polis barrikadalar qurmağa cəhd göstərən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qanunsuz silah daşıma, asayişi pozma, ictimai yerlərə zərər vurma səbəbləri ilə 152 etirazçı dindirilib, onlardan bir neçəsi nəzarətə götürülüb. Paradda iştirak edən Fransa prezidenti Emmanuel Makronu fitə basan etirazçılar "istefa", "Makron, səni gəlib evindən aparacağıq", "hamı polisə nifrət edir" kimi şüarlar səsləndiriblər.