Parisdə nümayişlər zamanı 30 nəfər xəsarət alıb - VİDEO

Parisdə nümayişlər zamanı 30 nəfər xəsarət alıb - VİDEO Paris. 8 dekabr. REPORT.AZ/ Şənbə günü Fransanın paytaxtı Parisdə Sarı jiletlilərin yanacağın qiymət artımına qarşı keçirdikləri etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib.
Digər ölkələr
8 Dekabr , 2018 19:50
Parisdə nümayişlər zamanı 30 nəfər xəsarət alıb - VİDEO

Paris. 8 dekabr. REPORT.AZ/ Şənbə günü Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər"in yanacağın qiymət artımına qarşı keçirdikləri etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, qarşıdurmalar nəticəsində 3-ü qanun keşikçisi olmaqla 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, etirazlar zamanı Parisdə 615 nəfər saxlanılıb, onlardan 508 nəfəri nəzarətə götürülüb.

Hazırda paytaxtda etirazçıların sayı 8 min nəfəri üstələyir, ümumi ölkə üzrə isə 31 min nəfər nümayişə çıxıb.

"Report"un Qərbi Avropadakı çəkiliş qrupu etirazların keçirildiyi ərazilərə ezam olunub və hadisə yerlərindən ən son görüntü və məlumatları oxuculara çatdırır.

Son xəbərlər

Orphus sistemi