Fransada keçirilən etiraz aksiyalarında 31 min nəfər iştirak edir - VİDEO

Fransada keçirilən etiraz aksiyalarında 31 min nəfər iştirak edir - VİDEO Paris. 8 dekabr. REPORT.AZ/ Bu gün Fransada aksiyalarında 31 min nəfər iştirak edir.
Digər ölkələr
8 Dekabr , 2018 17:30
Fransada keçirilən etiraz aksiyalarında 31 min nəfər iştirak edir - VİDEO

Paris. 8 dekabr. REPORT.AZ/ Bu gün Fransada aksiyalarında 31 min nəfər iştirak edir.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, keçən şənbə günü eyni vaxtlarda bu say 36 min idi.

Polis “Sarı jiletlilər“i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Bütün ölkə üzrə 89 min, Paris üzrə 8 min asayiş keşikçisi səfərbər olub. Bu saatlara qədər 700-dən çox nümayiş iştirakçısı saxlanılıb.

Aksiyalar zamanı “Dimanch“ qəzetinin fotoqrafı yaralanıb.

Noyabrın 17-dən etibarən yanacağa tətbiq ediləcək verginin artırılmasına qarşı başlamış etirazlar geniş vüsət alıb. Bu gün nümayiş iştirakçılarının əsas tələbi Fransa Prezidenti Emmanuel Makronun istefasıdır.

Son xəbərlər

Orphus sistemi