Parisdə keçirilən etiraz aksiyaları nəticəsində dəymiş zərər 3 milyon avrodan çox olub

Parisdə keçirilən etiraz aksiyaları nəticəsində dəymiş zərər 3 milyon avrodan çox olub Bakı. 3 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş sarı jiletlilər hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub.
Digər ölkələr
3 Dekabr , 2018 16:37
Parisdə keçirilən etiraz aksiyaları nəticəsində dəymiş zərər 3 milyon avrodan çox olub
RİA Novosti

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı paytaxt meriyasına istinadən bildirib.

"Bu ana qədər dəymiş zərərin miqdarı 3 milyondan 4 milyon avroya qədərdir", - telekanal meriya nümayəndəsindən sitat gətirib.

Daha əvvəl Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer nümayişlərin Fransa iqtisadiyyatına ciddi təsir göstərdiyini söyləyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, aksiya iştirakçıları sarı jilet geyirlər.

Xatırladaq ki, dekabrın 1-də küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.

Son xəbərlər

Orphus sistemi