Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb

Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb Bakı. 2 dekabr. REPORT.AZ/ Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb.
Digər ölkələr
2 Dekabr , 2018 17:07
Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü Parisin polis idarəsinə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağı qiymətinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Son xəbərlər

Orphus sistemi