Parisdə izdihamlı Birlik Yürüşü başa çatıb

Parisdə izdihamlı Birlik Yürüşü başa çatıb Bir milyondan çox insanın iştirak etdiyi yürüşə xarici ölkələrin rəsmiləri də qatılıb
Digər ölkələr
11 Yanvar , 2015 22:06
Parisdə izdihamlı Birlik Yürüşü başa çatıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Parisdə son terror hadisələrinin qurbanlarını anmaq məqsədi ilə keçirilən Ümumrespublika Birlik Yürüşü başa çatıb.

"Report" AFP-yə istinadla xəbər verir ki, bir milyon yarımdan çox insanın qatıldığı tədbirdə Fransanın ayrı-ayrı siyasi liderləri ilə yanaşı 50 xarici ölkədən rəsmilər iştirak edib. Üç saatdan artıq davam edәn izdihamlı nümayiş ölkә televiziyaları vasitәsilә birbaşa yayımlanıb.

Aksiya zamanı “Biz hamımız fransızıq, hamımız Çarliyik”, “Yaşasın Fransa” və “Fransa birdir və bölünməz” şüarları səslənib. Azərbaycanı yürüşdə baş nazirin müavini Əli Əhmədov təmsil edib.

Әli Әhmәdov Azərbaycan Prezidenti İlham Әliyevin başsağlığını Prezident Fransua Ollanda vә Baş nazir Manuel Vallsa çatdırıb.

Fransa lideri Fransua Olland yürüşdən əvvəl bəyan edib ki "Paris bü gün dünyanın paytaxtıdır".

Bəzi aksiya iştirakçıları söz azadlığına dəstək əlaməti olaraq əlində nəhəng qələm gəzdiriblər.

Fransanın Bordo, Marsel, Lion, Strasburq vә digәr şәhәrlәrindә dә izdihamlı nümayişlәr keçirilib.

Bu arada polis Charlie Hebdo satirik jurnalına və Parisdəki mağazaya hücum edən silahlılarla əlbir olan şəxslərin axtarışını davam etdirir.

Son xəbərlər

Orphus sistemi