Parisdə ikinci silahlı hücum olub, yaralanan var - VİDEO - YENİLƏNİB

Parisdə ikinci silahlı hücum olub, yaralanan var - VİDEO - YENİLƏNİB İlk basqınçı hadisə yerində zərərsizləşdirilib, ikincisi axtarılır
Digər ölkələr
18 Mart , 2017 13:27
Parisdə ikinci silahlı hücum olub, yaralanan var - VİDEO - YENİLƏNİB
haberler.com

Bakı. 18 mart. REPORT.AZ/ Fransanın şimalında yol-patrul xidməti həyata keçirən polisə silahlı hücum nəticəsində bir nəfər ağır yaralanıb. 

“Report” "Haberler"ə istinadən xəbər verir ki, hücum edən şəxs axtarılır.

*** 12:39

Fransanın paytaxtı Parisdə Orli hərbi hava limanında xidməti vəzifəsini yerinə yetirən hərbçilərə naməlum silahlı şəxs hücum etməyə səy göstərib.

“Report” TASS-a istinadən xəbər verir ki, təkbaşına fəaliyyət göstərən kişi hərbçilərə hücum edib. O, hərbçilər tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Orli Fransada, o cümlədən Parisdə böyüklüyünə görə, ən böyük hava limanıdır.

Məlumata görə, bu liman Parisdə 20 km cənubda yerləşir. 

Son xəbərlər

Orphus sistemi