Bakı. 2 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı ölkənin
Məlumatda bildirilir ki, aksiya zamanı yaranan iğtişaşlar zamanı 110 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir.
Qeyd edilir ki, yaralananlar arasında 17 polis əməkdaşı da var. Məlumata görə, iğtişaşlarla əlaqədar saxlanılanların sayı da artıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 270 nəfər saxlanılıb.
***21:45
Fransanın paytaxtı Parisdə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada yüzlərlə adam saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Son məlumatda bildirilir ki, saxlanılanların sayı 205 nəfərə çatıb. Daha əvvəl aksiya zamanı 180 nəfərin saxlanıldığı bildirilirdi.
Digər mətbu orqanlar isə saxlanılanıların sayının 224 nəfər olduğunu bildiriblər.
Aksiya zamanı həmçinin onlarla insan xəsarət alıb. Onların arasında asayiş keşikçiləri də var.
Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən davam edir.
***20:02
Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.
Bu barədə "Report" BFMTV-yə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib.
Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.
***17:21
Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 20-dək insan yaralanıb, 107 nəfər saxlanılıb.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə CNews telekanalı xəbər yayıb.
Xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının 6 əməkdaşı da var.
*** 16:35
Bakı. 1 dekabr. REPORT.AZ/ Parisdəki nümayişlərdə polislə toqquşma zamanı saxlanılanların sayı 39 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner Twitterdə məlumat verib.
Paytaxt polisinin prefekturasının rəsmi nümayəndəsi BFM telekanalına bildirib ki, Elise meydanı ətrafında 46 nəfər saxlanılıb.
*** 14:28
Bakı. 1 dekabr. REPORT.AZ/ Parisin 7 mərkəzi metro stansiyaları "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları səbəbindən bağlanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paris Nəqliyyat İdarəsinin saytında bildirilir.
Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alıb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.
Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.
"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən, 23%, benzinin isə 15% qalxıb.