Bakı. 9 yanvar. REPORT.AZ/ Parisin şərqində naməlum şəxsin mağazaya hücumu nəticəsində ən azı 2 nəfər ölüb. Bu barədə "Report" "France Presse" agntliyinə istinadən xəbər verir.
Bir müddət əvvəl bildirilib ki, Parisin şərqində polis və "Kalaşnikov" avtomatı ilə silahlanmış naməlum şəxs arasında atışma baş verib.
İlkin məlumat 16:58-də dərc olunub
Parisin 20-ci rayonunda yeni atışma baş verib. Atışma nəticəsində ən azı bir nəfər yaralanıb. Bu barədə "Report" BFMTV-yə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, atışma yəhudilər üçün nəzərdə tutulan halal məhsulların satıldığı mağazanın yaxınlığında baş verib.
AFP-nin məlumatına əsasən, bir nəfər girov götürülüb.