Bakı. 18 noyabr. REPORT.AZ/ Paris Prokurorluğu şəhər ətrafında yerləşən Sen Denidə polisin apardığı xüsusi əməliyyat nəticəsində beş nəfərin həbs edildiyini bəyan edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt prokurorluğu, həm də terrorçu-kamikadzenin zərərsizləşdirilməsi ilə bağlı KİV-də yayılmış informasiyanı təsdiq edib.
Xatırladaq ki, noyabrın 13-də Paris və şəhər ətrafında ardıcıl terror aktları törədilib. Son məlumatlara görə 129 nəfər ölüb, 352 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Terror hücumlarına görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.