Bakı. 15 fevral. REPORT.AZ/ Paris metrosunun “Lion vağzalı” stansiyasında səhər saatlarında iki nəfər arasındakı mübahisə zamanı biri digərinin üzərinə turşu tökərək üz və əl nahiyələrinə ağır yanıq xəsarətləri yetirib.
“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən şəxs qaçıb.
Polis tərəfindən axtarış tədbirləri görülür. Təqribən, 20 yaşlarında bir gənc olduğu bildirilən zərəçəkənin xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin ciddi olduğu bildirilir. Hadisədə istifadə olunan maye nümunəsi laboratoriyaya aparılıb.