Yuxarı
    Bağlamaq

    Paolo Centiloni İtaliyanın yeni baş naziri təyin olunub

    O, tez bir zamanda yeni hökuməti formalaşdıracağını bildirib

    Bakı. 11 dekabr. REPORT.AZ/ İtaliya prezidenti Serco Mattarella ölkənin xarici işlər naziri Paolo Centilonini yeni baş nazir təyin edib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, Centiloni Nazirlər Kabinetini mümkün qədər tez bir zamanda formalaşdıracağına və əvvəlki hökumətin siyasətinə sadiq qalacağına söz verib.

    62 yaşlı Centiloni İtaliya Demokratik Partiyasında əvvəlki baş nazir Rentsinin yaxın silahdaşlarından biridir.

    Matteo Rentsi dekabrın 4-də keçirilən konstitusiya islahatlarına dair referendumda məğlubiyyətdən sonra vəzifəsindən istefa verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi