Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacaq

Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacaq Koreya parlamenti Pak Kın Heyə impiçment elan etdikdən sonra o, prezidentliyə mümkün namizəd sayılırdı
Digər ölkələr
1 Fevral , 2017 11:04
Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacaq

Bakı. 1 fevral. REPORT.AZ/ BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacağını bildirib.

Bu barədə "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreya Milli Assambleyasının (parlament) ekspert qrupu BMT-nin keçmiş baş katibinin dövlətdə yüksək vəzifə tuta biləcəyi qənaətə gəlib. Hərçənd ümümdünya təşkilatın Baş Assambleyasının qətnamələrindən biri bunu həyata keçirməməyi tövsiyə edir.

Qeyd edək ki, Pan Gi Mun BMT-nin baş katibi kimi 10 illik fəaliyyətindən sonra yanvar ayında Nyu Yorkdan vətəninə dönüb. Dekabrın 9-da böyük korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Heyə impiçment elan edildiyindən Pan Gi Mun prezidentliyə mümkün namizəd sayılırdı.

Son xəbərlər

Orphus sistemi