Yuxarı
    Bağlamaq

    ​Pan Gi Mun baş verən qarşıdurmalarda dörd fələstinlinin öldürülməsini pisləyib

    BMT Baş katibi Şərqi Qüds də daxil olmaqla Qərb Şəriyədə insidentlərin artmasından narahatdır

    Bakı. 7 oktyabr. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun Şərqi Qüds də daxil olmaqla Qərb Şəriyədə faciəvi hadisələrin sayının artmasından son dərəcə narahatdır. "Report" xəbər verir ki, Pan Gi Mun aralarında 13 yaşlı yeniyetmənin də olduğu 4 fələstinlinin öldürülməsi faktını qınayıb və gərginliyin azaldılması üçün İsrail və Fələstini birgə fəaliyyətə çağırıb.

    BMT Baş katibi baş verən cinayətləri pisləyib. O, İsrail hökumətinin güc tətbiq etməklə bağlı vəziyyəti təhlil edəcəyinə və bu hadisələri tez bir zamanda qərəzsiz araşdıracağına ümidvar olduğunu bildirib. Pan Gi Mun qeyd edib ki, fələstinlilərə məxsus evlərin sökülməsi və işğal olunmuş Fələstin ərazilərində İsrail tərəfindən yeni yaşayış məntəqələrinin inşa edilməsi israillilər və fələstinlilər arasında gərginliyin artmasına təkan verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi