Pan Gi Mun Almaniyaya və Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Pan Gi Mun Almaniyaya və Mərkəzi Asiya ölkələrinə səfər edəcək BMT baş katibi Almaniya, Tacikistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanda olacaq
Digər ölkələr
5 İyun , 2015 10:44
Pan Gi Mun Almaniyaya və Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Bakı. 5 iyun. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Almaniyaya, oradan da Mərkəzi Asiya ölkələrinə səfər edəcək. O, Tacikistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanda olacaq. Bu barədə "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir. 

İyunun 7-də Pan Gi Mun Almaniyaya yola düşəcək. Burada Bonnda genişləndirilmiş beynəlxalq mərkəzin inauqurasiyasında iştirak edəcək. Pan Gi Munun Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşü nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi